U

Uatt Ceyms

James Watt 
 
İngilis ixtiraçısı və mühəndisi
 
1736-cı il yanvarın 19-da Qrinokada anadan olub.
 
1757-ci ildə Qlazqo unitində mexanik işləyib. Su buxarının xüsusiyyətlərini öyrənən Uatt, doymuş buxar temperaturunun təzyiqdən asılılığını təsdiq edən Nyukomenin buxar maşınını təkmilləşdirərək ilk böyük ölçülü universal buxar maşınını ixtira edib. 
 
1782-ci ildə genişlənmə təsirli buxar mühərrikinə patent alıb və ilk güc vahidini – at qüvvəsini elmə daxil edib.
 
Onun buxar maşınları səmərəliyi sayəsində bütün dünyada geniş yayılıb və müəssisələrin mexaniki istehsala keçməsi işinə böyük töhfə verib.
 
1784-cü ildən sonra əsasən buxar maşınlarının istehsalının təkmilləşdirilməsi ilə məşğul olub.
 
1819-cu il avqustun 19-da Xendsvortda “St Mary's Church” kilsəsində vəfat edib və yerli qəbiristanlıqda dəfn olunub.
 
1882-ci ildə Britaniya mühəndisləri assosiasiyası qüvvə vahidini onun şərəfinə Vatt (W) adlandırıb.