F

Fatalizm

Fatalis
 
Dünyagörüşü konsepsiyası
 
Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilib. İnsanların kor taleyə qarşısıalınmaz tabeliyi haqqında təsəvvür kimi formalaşıb.
 
Fəlsəfədə müxtəlif formada təzahür edir:
 
Stoiklərin təliminə görə kosmos üzərində amansız tale hökmrandır və vaxtaşırı meydana gələn kataklizmlərdən sonra hər şey təkrar olunur.
 
Leybnits təlimində ahəngdarlıq Allah tərəfindən qabaqcadan müəyyənləşdirilir.
 
Şellinqin obyektiv idealist sistemində azadlıq və zərurətin bir-birindən ayrılması real fərdləri azad surətdə fəaliyyət göstərmək imkanından məhrum edir.
 
Hegeldə şəxsiyyət nəticə etibarilə mütləq ideyanın yalnız bir aləti kimi meydana çıxır.
 
Metafizik materializm sistemlərində (Hobbs, XVIII əsr fransız materializmi və başqaları) obyektiv təsadüfün inkarı, səbəbiyyət və eyniyyətin müqayisəsi də fatalizmə gətirib çıxarır.
 
Teoloji fatalizm tarixdə və insan həyatında baş verən hadisələrin Allahın iradəsi ilə qabaqcadan müəyyən edilməsinə əsaslanır. Teoloji fatalizm çərçivəsində mütləq tale konsepsiyaları (avqustinizm, kalvinizm, yansenizm) ilə Allah bəsirətinin qadirliyini insanın azad iradəsi ilə uyğunlaşdırılmağa çalışan baxışlar arasında (katolisizm, pravoslavlıq) mübarizə gedir.