H

Heybə

Heyvanlar vasitəsilə yük daşımaq üçün istifadə edilən məişət ləvazimatı
 
Formasına görə kiçik xurcuna bənzəyir. Əsasən xovsuz xalçadan hazırlanır. Cecimdən tikilmiş növləri də var. Heybənin ağız hissəsi bədii tikmələr, bafta və başqa naxışlarla bəzədilir.
 
Türk mənşəli xalqlar arasında geniş yayılan heybə “dirək” deyilən dəzgahlarda toxunur. Uzunluğu bir metrə çatır. Adətən iki gözü olur və müxtəlif xırda əşyaları daşımaq üçün istifadə edilir. Heybə bu gün də ucqar kənd yerlərində geniş yayılmış daşıma vasitəsidir.