J

Jozefina Boharne

Joséphine de Beauharnais (Marie-Josèphe-Rose de Tascher de La Pagerie)
 
Fransa imperatriçası və Napoleon Bonapartın birinci arvadı
 
1763-cü il iyunun 23-də Martinik adasında anadan olub.
 
1773-cü ildə Fort de Fransada qızlar pansionatına qəbul edilir. 1779-cu ildə fransız ordusunun zabiti Vikomt de Boharne ilə evlənir və bu nikahdan iki övladı dünyaya gəlir. 1794-cü ildə terror nəticəsində ərini itirən Jozefina 9 Trimador çevrilişindən sonra yaxın dostu Barras Polun vasitəsi ilə general Bonapartla tanış olur və 1796-cı il martın 9-da onunla nikaha girir.
 
1799-cu ildə çevriliş nəticəsində hakimiyyətə gələn Napoleon 1804–cü il mayın 18-i özünü Fransanın imperatoru elan edir.
 
1804-cü il dekabrın 2-də Notr-Dam de Pari məbədində Napoleon Jozefinanı imperatriça elan edir.
 
Onların övladı olmadığından və bu varissiz nikah saray və imperiya qanunlarına cavab vermədiyindən 1810-cu il yanvarın 10-da Napoleon Jozefina ilə ayrılmağa məcbur olur. Jozefina İmperatriça titulunu saxlamaqla Parisdən 20 kilometr aralı Malmizon iqamətgahına köçür və təmtəraqlı həyat sürərək yaşayır. 
 
Jozefina Rusiya imperatoru I Aleksandr ilə gəzinti zamanı soyuqlayaraq 1814-cü il mayın 29-da vəfat edir, müqəddəs Piyer və müqəddəs Paul (fr. Saint-Pierre et Saint-Paul) kilsəsində dəfn olunur.