Y

Yunus Əmrə

Türk xalq ozanı
 
1238-ci ildə Türkiyədə Sərfi kəndində doğulub. İlk təhsilini mədrəsədə alıb, Tapdıq Əmrə adlı şeyxin şagirdi olub. Mövlana Cəlaləddin Ruminin məclislərinin iştirakçısı olan ozan Azərbaycana və Şama səfərlər edib.
 
Yunus Əmrə sufi fəlsəfəsini sadə xalq dilində, əsasən heca vəznində yazdığı qoşmalarda, gəraylılarda, ilahilərdə, eləcə də əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə edib, türk şerini yüksək bədii səviyyəyə qaldırıb. Onun Türkiyə, Azərbaycan və Türkmən ədəbiyyatlarına güclü təsiri olub.
 
1320-ci ildə vəfat edib, Sarıköydə dəfn olunub.