G

Gəmiqaya təsvirləri

Eramızdan əvvəl 3-1-ci minilliyə aid qayaüstü rəsmlər
 
Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən şimalda, Gəmiqaya dağındadır. 1968-ci ildə aşkar olunub. 1970-ci ildə başlayan tədqiqatlar nəticəsində insan və müxtəlif heyvan rəsmləri, rəqs, yay və oxla keçi ovu səhnələri, müxtəlif işarələr aşkar edilib. Rəsmlər tək, qoşa və kompozisiyalıdır.
 
Gəmiqaya təsvirləri kiçik ölçülüdür, sxematik şəkildə çəkilib. Buna oxşar rəsmlərə Kəlbəcərdə, xüsusən də Qobustanda təsadüf olunur. Təsvirlərin Arazın sol sahilindəki düzən və dağətəyi ərazilərdə yaşayan və Gəmiqaya ərazisindən yaylaq yeri kimi istifadə edən qədim maldar tayfalara məxsus olduğu güman edilir. Azərbaycanın ən qədim təsviri sənət abidələrindən biridir və Naxçıvan mədəniyyətinə aiddir.