Bu maraqlıdır!

Silisium ən qədim faydalı qazıntıdır

Görəsən, insanın daşlar dünyası ilə tanışlığı nə zamandan başlayıb? Zənnimizcə, ibtidai insan üçün birinci “faydalı qazıntı” yaraşığı ilə seçilməyən süxur  -  silisium (hərçənd bəzən gözoxşayan naxışları olur) olub.
 
Mineral duzların boz və qara rənglərin bütün çalarlarına boyadığı silisium, demək olar, bütünlüklə silisium-oksiddən ibarət  çoxsaylı süxur növlərindən  biridir.  Qədim zamanlarda silisium insanlar üçün hər şey demək idi.
 
Ondan  balta, ox və nizə üçün  iti ucluqlar düzəldirdilər. Tayfa qadınları silisiumdan  hazırlanmış bıçaqlarla  dəri emal edir, ovlanmış heyvanların  ətini kəsir, ibtidai rəssamlar isə silisiumdan düzəldilmiş qələmlərlə sahilboyu qayalarda şəkil çəkirdilər... Bu, silisium  dövrü idi ki, tarixçilər onu “Daş dövrü” adlandırmışdılar. 
 
İnsanlar silisiumdan indi də istifadə edirlər.  Silisium müxtəlif formalarda olur: dəyirmi, barmaqvari, lövhəşəkilli və çox vaxt üzərində çöküntülər olan,  içinə xırda kristal kvars dolmuş deşik və boşluqlardan ibarət digər konkresiya formasında. Silisium  cilalayıcı sumbata  kağızı istehsalı üçün əsas xammaldır. Ondan yol tikintisində də istifadə olunur.