Nağıllar, hekayələr

Lev Tolstoy. Şir və tülkü

Şir qocalmışdı, artıq ova çıxa bilmirdi. Belə getsə, acından öləcəyini görən şir hiyləyə əl atdı. Yuvasına girib özünü xəstəliyə vurdu. Bunu eşidən heyvanlar bir-bir ona baş çəkməyə gəldilər. Şir də onları tutub yeməyə başladı. Tülkü bundan duyuq düşdü. O, içəri girmədi, şirin yuvasının ağzında durub hal-əhval tutdu:

 

– Necəsən, ay şir, özünü necə hiss edirsən?


– Çox pisəm, tülkü qardaş. İçəri niyə girmirsən?


Tülkü dedi:


– İçəri girmirəm, çünki bayaqdan izlərə baxıram, görürəm, girən çoxdur, çıxan isə yoxdur.