Cizgi filmləri

Madaqaskar cizgi filmi

ABŞ istehsalı olan daha bir maraqlı ekran işi 2005-ci ildə tamaşaçılara təqdim olunan “Madaqaskar” cizgi filmidir. Rejissorları Erik Darnell, Kornad Vernon və Tom Makqart olan filmin 3 seriyası çəkilib. Animasiya filmində Aleks, Marti, Melman və Qloriyanın macəralarından bəhs edilir.


Qeyd edək ki, filmin 3-cü seriyası (“Madaqaskar 3: Avropanın ən çox axtarılanları”) 746 milyon dollarla ən çox gəlir gətirən qısametrajlı cizgi filmləri və ümumilikdə ən çox gəlir gətirən filmlər sırasında yer alıb.

 

Cizgi filminin qəhrəmanları Nyu-York zooparkında yaşayan Şir Aleks, zebra Marti, zürafə Melman və begemot Qloriya Martidir. Onlar ad günü tortunu üfürərkən tutduğu arzunun qurbanına çevrilirlər. Marti doğma Afrikanın təbiətinə düşmək istəyirdi. Zooparkdan qaçan dostlar nəticədə vəhşi təbiəti olan Madaqaskara düşürlər. İndi onlar nəticələrlə barışmaq məcburiyyətindədirlər…