L

Ləzgilər

Qafqaz xalqlarından biri
 
Əsasən Dağıstanda, qismən Azərbaycanda, az sayda isə dünyanın digər ölkələrində yaşayırlar. Əksəriyyəti islam dininin sünni məzhəbinə etiqad edir. Sayları 700 min nəfərdir (2010).
 
Rusiya Federasiyasında 474 min nəfər, o cümlədən  Dağıstan Respublikasında 385 min nəfər ləzgi yaşayır.
 
Azərbaycanda ləzgilər 180,3 min nəfər (2009) olmaqla ümumi əhalinin 2 faizini təşkil edirlər. Kompakt halda Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ, Oğuz, Şəki və Qax rayonlarında yaşayırlar.
 
Hazırda respublikamızın 100-ə yaxın məktəbində 15 000-ə qədər şagirdə ləzgi dilində dərslər keçirilir.