Afişa

“Kung-Fu Panda” adlı müzikl-tamaşa Mahnı Teatrının səhnəsində

Fevralın 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında musiqi, rəqs və interaktiv uşaq oyunları ilə rəngarəng “Kung-Fu Panda” adlı müzikl-tamaşa nümayiş olunacaq.

 

AZƏRTAC xəbər verir ki, rus dilində hazırlanan müzikl-tamaşada Kung-Fu Panda və digər personajlar şən və musiqili səhnə oyunu ilə balaca tamaşaçıları əyləndirəcəklər.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.