Xəbərlər

Məktəblilər arasında badminton üzrə turnirin qalibləri müəyyənləşib

Bakı, 9 yanvar, AZƏRTAC

 

 

Paytaxt məktəblilərindən ibarət komandalar arasında badminton idman növü üzrə turnir keçirilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, yarış 276 nömrəli məktəb-liseyin idman zalında təşkil olunub.


Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 260, 286 və 251 nömrəli tam orta məktəblərin komandaları birinci, ikinci və üçüncü yerləri tutub. 


Qalib komandalar kubok, medal və diplomla təltif edilib.


Turnirin keçirilməsinin əsas məqsədi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların badminton idman növünə maraqlarını artırmaq və məktəblilər arasında fiziki aktivlik səviyyəsini yüksəltməkdir.