O

Oksford Universiteti

University of Oxford
 
Böyük Britaniyanın və dünyanın ən məşhur universitetlərindən biri
 
Ən qədim ingilisdilli universitetdir. Fəaliyyətə 1096-cı ildə başlayıb.
 
1167-ci ildə II Henrix tələbələrə Paris universitetində oxumağa qadağa qoyulduqdan sonra Oksford inkişaf edir. 1188-ci ildə uelsli Gerald universitetin ilk ictimai kitabxanasının əsasını qoyur.
 
1878-ci ildən universitetdə qadınların akademik təhsil almalarına icazə verilir, ilk qadın müəllimlər isə 1920-ci ildən dərs deməyə başlayır. 1974-cü ildən etibarən Oksfordun 40 kollecindən 39-da qadın və kişilərin birgə təhsil almasına icazə verilir. Hazırda St. Hilda kolleci yalnız qadınlar üçün nəzərdə tutulan yeganə kollecdir.
 
II Dünya müharibəsindən sonrakı illərdə Oksfordun humanitar fakültələrinə tibb, təbiət və tətbiqi elmlər də əlavə olunur ki, bu da universitetin şöhrətini daha da artırır.
 
Hazırda Oksford tələbə korporasiyası 588 tədris kursunda oxuyan 11 mindən artıq tələbəni və 4 min 626 aspirantı əhatə edir.
 
Universitetdə təşkilati metodik təhsil mərkəzləri də mövcuddur.