Bu maraqlıdır!

Biz ayı niyə müxtəlif formalarda görürük?

Bizə elə gəlir ki, Ayın forması hər gün dəyişir, əslində isə dəyişən Günəşlə işıqlandırılan Ay səthinin görünən hissəsidir. Bu görünüş dəyişməsini biz Ayın fazaları adlandırırıq. Ayın bütün fazaları başa vurması 29 gün 12 saat 44 dəqiqəyə başa gəlir. Bu dövrə ay ayı və ya hicri ay deyilir və dörd fazaya bölünür:
 
1. Yeni Ay və ya Ayın doğması. Ayın yerdən görünən tərəfini günəş şüaları işıqlandırmır. 
 
2. Böyüyən aypara. Günəş işığı Ayın yerdən görünən hissəsini hər gün daha çox işıqlandırır. 
 
3. Bütöv Ay. Günəş Ayın görünən tərəfini tam işıqlandırır. 
 
4. Kiçilən aypara. Günəş işığı Ayın yerdən görünən hissəsini hər gün daha az işıqlandırır.