T

Tven Mark (Semuel Lenqhorn Klemens)

Mark Twain (Samuel Langhorne Clemens)
 
Görkəmli Amerika yazıçısı, jurnalist və ictimai xadim
 
1835-ci il noyabrın 30-da Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Florida qəsəbəsində anadan olub.
 
1851-ci ildə böyük qardaşı Orionun sahibi olduğu yerli qəzetdə jurnalist fəaliyyətinə başlayıb. Mark ilk dəfə “Carsondan Məktub” adlı məqaləsində Mississippi gəmilərində "iki kulaç dərinlik" mənasını verən Tven (Twain) təxəllüsündən istifadə edib.
 
1866-cı ildə qəzet müxbiri olaraq Havay adalarına, daha sonra isə Aralıq dənizində gəmi səyahətinə çıxaraq təəssüratlarını “Xarici ölkə” adlı kitabında çap etdirib. 1891-ci ildə ailəsi ilə birgə Avropaya köçən Mark Tven İsveçrə, Avstriya, İngiltərə və İtaliyada yaşasa da, sonda yenidən Amerikaya qayıdıb. Avstraliyadan Hindistana, Cənub Afrikadan İngiltərəyə qədər bir çox ölkəni gəzən Mark Tven səfər qeydlərini “Ekvatorun izində” adlı əsərində toplayıb.
 
1910-cu il aprelin 21-i Konnektikut ştatının Reddinq şəhərində stenakardiyadan vəfat edib və Nyu-Yorkda Vudlon qəbiristanlığında dəfn olunub.