T

Türkiyə Respublikası

Türkiye Cumhuriyeti
 

 

 
Coğrafi mövqeyi – Avropa və Asiyada, Kiçik Asiya yarımadasında, ondan Bosfor və Dardanel boğazları ilə ayrılan Balkan yarımadasının cənub-şərqində yerləşir. 
 
Sahəsi – 779,452 min kvadratkilometrdir.
 
Əhalisi – 74,724 milyon nəfərdir (2011).
 
Paytaxtı – Ankara şəhəridir.
 
Rəsmi dili – Türk dilidir.
 
Ərazi bölgüsü – 81 vilayətə bölünür.
 
Sərhədləri – Şərqdən Azərbaycan, Gürcüstan, Ermənistan respublikaları və İran İslam Respublikası, cənubdan İraq Respublikası və Suriya Ərəb Respublikası, qərbdən Yunanıstan və Bolqarıstan respublikaları ilə həmsərhəddir. Üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onların arasında yerləşən Mərmərə və Egey dənizləri ilə əhatə olunur.
 
Pul vahidi – 1 Türk lirəsi = 100 kuruş.
 
Dövlət başçısı – Türkiyə Respublikasının Prezidentidir.
 
Dövlət quruluşu – Parlament respublikasıdır.