Ü

Üzük

Zinət əşyası
 
Əsasən qiymətli metallardan xüsusən qızıldan və gümüşdən düzəldilir. Qaşlı və qaşsız olmaqla iki qrupa ayrılır.
 
Arxeoloji qazıntılar zamanı Azərbaycanda eramızdan əvvəl II minilliyə aid tunc, dəmir və sümükdən hazırlanmış üzük nümunələri tapılıb. Muzeylərdə məşhur hökmdarlara məxsus çox qiymətli daşlarla bəzədilmiş üzüklər saxlanılır.