D

Dəmirağac

Dəmirağac
 
Ağac növüdür. Azərbaycanın III dövr relikt bitkisidir.
 
Hündürlüyü 20-25 metrə çatır. 200 ilə qədər və daha artıq yaşayır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlüdür, dairəvi formadadır. Çiçəkləri ikicinslidir. Yarpaqlamamış çiçəkləyir, 6-7 erkəkciyi, 2 sütuncuğu olur. Çiçəkləmə vaxtı qırmızı və bənövşəyi rəngə boyanmış erkəkciklərin hesabına çiçəkləri dərhal nəzərə çarpır. Meyvəsi oduncaqlaşmış, dairəvi, ikidivarlı qutucuq şəklindədir.
 
Möhkəm oduncağa malik olduğundan, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında və dekorativ sənətdə istifadə edilir.
 
Azərbaycanda Talış dağlarının mərkəzi və cənub hissələrində, İranda Xəzər dənizi sahilləri ətrafında rast gəlinir. Subtropik və mülayim iqlimə uyğunlaşan dəmirağac adətən dəniz səviyyəsindən 700 metr hündürlüyə qədər olan ərazilərdə bitir. Əsasən dərələrdə, çay və nohurlar boyu nəm torpaqlarda yayılıb. -25 dərəcə şaxtaya dözən bu ağac Qərbi Avropada dekorativ məqsədlərlə də becərilir.
 
Dəmirağac yeganə ağacdır ki, suda batmır.