C

Cənubi Afrika Respublikası

Cənubi Afrika Respublikası
Republic of South Africa
 
Coğrafi mövqeyi – Afrikanın cənubunda yerləşir. 
 
Sahəsi – 1,219 milyon kvadratkilometrdir.
 
Əhalisi – 52,98 milyon nəfərdir (2013).
 
Paytaxtı – Pretoriya şəhəridir.
 
Rəsmi dili – Afrikaans, ingilis, isindebele, sesoto sa leboa, sesoto, sivati, xitsonqa, setsvana, tşivenda, isikosa və isizulu dilləridir.
 
Ərazi bölgüsü – 9 əyalətə (provinces) bölünür.
 
Sərhədləri – Şimalda Namibiya, Botsvana və Zimbabve, şimal-şərqdə Mozambik respublikaları və Svazilend krallığı ilə həmsərhəddir. Qərbdə Atlantik Okeanı, cənubda və cənub-şərqdə Hind Okeanı ilə hüdudlanır. Cənubi Afrika Respublikası ərazisinin daxilində anklav-dövlət olan Lesoto krallığı yerləşir.
 
Pul vahidi – 1 Rand = 100 sent.
 
Dövlət başçısı – Cənubi Afrika Respublikasının Prezidentidir.
 
Dövlət quruluşu – Parlament respublikasıdır.