J

Jasmin

Jasmínum

 

Həmişəyaşıl kol bitkisi

 

Zeytunkimilər fəsiləsinə aiddir. Həm sarmaşan, həm də qalxan kollar şəklində olur. Sadə yarpaqlara və iri, 5 ləçəyə bölünmüş ətirli ağ, sarı və qırmızıya çalan çiçəklərə malikdir. Subtropik zonalar da daxil olmaqla, hər iki yarımkürənin isti qurşaqlarında yayılıb. 197 növü məlumdur.

 

Bağçalarda dekorativ bitki kimi yetişdirilir. Cənub və Cənub-Qərbi Asiyada güllərindən bəzək kimi istifadə edilir. Yarpaqları yaşıl çayın tərkibinə ətirverici kimi qatılır. Bəzi növlərin çiçəklərindən ətir istehsalında istifadə edilən efir yağları alınır.

 

Hindistan jasmini (Jasminum sambac) İndoneziyada “Melati”, Filippində “Sampaqita” adlanır və hər iki ölkənin milli gülü hesab edilir. Pakistanda “Çambeli” adlanan ağ jasmin isə bu ölkənin milli çiçəyidir.

 

Maraqlıdır ki Çin hökuməti Ərəb dünyasında baş vermiş inqilablardan sonra jasminin satışını və adının internetdə çəkilməsini qadağan etmişdi.