U

Ulduz

Daxilində istilik-nüvə reaksiyaları hesabına şüalanan səma cismi. Onların parlaqlığı bir sıra fiziki xarakteristikalarından asılıdır. Ulduzların daxilində temperatur getdikcə artır və mərkəzdə bir neçə milyon dərəcəyə çatır, istilik-nüvə sintez reaksiyaları gedir və hidrogen atomlarının nüvələri bir neçə ardıcıl reaksiya nəticəsində helium atomu nüvəsinə çevrilir. Bu proses “isti ulduzlar”da 10-100 milyon il çəkir. 
 
Ulduzların parametrləri (kütlə, radius və işıqlıq) adətən Günəş vahidlərində ifadə olunur. İfrat nəhəng ulduzların radiusu Günəş radiusundan 100 dəfələrlə böyük, neytron ulduzların radiusu isə bir neçə kilometrdən də kiçik ola bilir. Parlaqlığı və hərarəti Günəşdən yüz min dəfə çox və bir o qədər də az olan ulduzlar var.
 
Adi gözlə 6 minədək, teleskop vasitəsi ilə milyonlarla ulduz müşahidə olunur. Ümumilikdə isə ulduzların sayı təsəvvür edilməz dərəcədə çoxdur. Belə ki, 100 minlərlə ulduz birləşərək qalaktikaları meydana gətirir. Kosmosda isə saysız hesabsız qalaktikalar mövcuddur.