Q

Qara dəniz

Avropa və Kiçik Asiya arasında yerləşən dəniz.
Sahəsi 422 min kvadrat kilometr, orta dərinliyi 1 240 metr, ən dərin yeri isə 2 210 metrdir.
Qara dənizin suyunun orta temperaturu fevral ayında 6-8 dərəcə, avqust ayında isə 25 dərəcə təşkil edir.
Sularında kefal, skumbriya, stavrida, çapaq, nərə, siyənək, dəniz kirpisi və başqa balıqlar, eyni zamanda delfin, xərçəng və digər növ dəniz canlıları var. Qara dənizdə 270 yosun növünə də rast gəlmək olar.
Əlavə məlumat: Qara dəniz təxminən 7 500 il bundan əvvəl Dünya okeanı səviyyəsinin qalxması nəticəsində əmələ gəlib. Buna qədər o, nəhəng şirin sulu göl olub.