N

Neft

Spesifik qoxuya malik qırmızı-qəhvəyi rəngdə olan yağlı və yanan maye

 

Neft yer üzündə ən vacib faydalı qazıntılardan biridir. Ondan hazırda geniş yayılan yanacaq növləri istehsal olunur. Adətən neft digər faydalı qazıntı – təbii qazla birgə olur. Buna görə də, çox vaxt hər iki növ faydalı qazıntı eyni yataqda hasil olunur. Neft yerin dərinliyində orqanik maddələrin uzunmüddətli və qəliz çürümə prosesi nəticəsində əmələ gəlir. Onlarla metrdən 6 kilometrə qədər dərinlikdə yerləşən neft yataqlarına ən çox 1-3 kilometr dərinlikdə rast gəlinir.

 

Tərkibi oksigen, kükürd, azotun da daxil olduğu müxtəlif karbohidrogen və birləşmələrdən ibarət olan neft, nəinki tərkibinə, həmçinin rənginə görə də fərqlənir. Onun rəngi açıq-qəhvəyidən tutmuş, demək olar ki, rəngsiz və ya tünd-qonur, hətta qara da ola bilər. Neft adətən yerin altından buruq vasitəsi ilə çıxarılır. Bundan sonra o, xüsusi müəssisələrdə emal edilərək lazım olan yanacağa (benzin, dizel yanacağı və s.) çevrilir.

 

Neftdən nəinki yanacaq istehsalında, həmçinin kimya sənayesində geniş istifadə olunan müxtəlif elementlərin alınmasında da aktiv istifadə olunur. O, bərpa olunmayan faydalı qazıntı növlərinə aiddir, yəni hazırda neft əmələ gəlmə prosesi getmir. Ən iri yataqlar neft hasilatı sahəsində dünya liderləri olan Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ ərazisində cəmlənib.