S

Skandinaviya yarımadası

Avropanın şimal-qərb hissəsində yerləşir.
 
Sahəsi 800 min kvadrat kilometrdir. Sahilləri Barens, Norveç, Şimal və Baltik dənizlərinin suları ilə yuyulur.
Geologiyası: Baltik kristallik qalxanı.
Relyefi: Skandinaviya dağları, Smoland yüksəkliyi, Orta-İsveç çökəkliyi.
İqlimi: mülayim, subarktik. Orta temperatur yanvar ayında -4+2 dərəcə, iyul ayında 8-14 dərəcə təşkil edir.
Su resursları: Logen, Beqna və digər çaylar, Venern, Vettern və digər göllər.
Flora və fauna: iynəyarpaqlı, qarışıq və enliyarpaqlı meşələr, tundra; sığın, tülkü, dovşan, maral.
Ərazisində Norveç, İsveç, Finlandiyanın şimal-qərb hissəsi yerləşir.
Əlavə məlumat: Skandinaviya yarımadasının uzunluğu şimaldan cənuba 1 900 kilometrə, qərbdən şərqə isə 800 kilometrə çatır.