P

Pauls Raymond

Raymond Pauls  (lat. Ojārs Raimonds Pauls) 
 
Latviya bəstəkarı, dirijor, siyasi xadim və SSRİ xalq artisti.  Raymond Pauls 1936-cı ildə Riqada anadan olub. Emils Darzinş adına musiqi məktəbində, sonra isə Riqa konservatoriyasında fortepiano sinfində təhsil alıb.
 
1964-cü ildən 1971-ci ilədək Dövlət filarmoniyasında Riqa estrada orkestrinə rəhbərlik edib. 1972-ci ildə “Modo” estrada ansamblının əsasını qoyub. Alla Puqaçovanın repertuarındakı çox populyar “Maestro”, “Starinnıye çası”, “Million alıx roz”, “Bez menya” və digər mahnıların müəllifi olan Pauls, həmçinin Valeri Leontiyev, Layma Vaykule kimi estrada ulduzları ilə çalışıb.
 
SSRİ-nin süqutundan sonra Raymond Pauls Latviyanın mədəniyyət naziri işləyib. 1999-cu ildə respublikanın prezidenti postuna namizədliyini irəli sürüb. O, eyni zamanda, gənc ifaçıların “Yurmala” və “Novaya volna” beynəlxalq musiqi müsabiqələrinin təşəbbüskarıdır.