Ş

Şabalıd

Aesculus
 
Fıstıq kimilər fəsiləsinə aid bitki.
 
Amerika Birləşmiş Ştatlarının Atlantik okeanı sahillərində, Şərqi Asiyada, Aralıq dənizi ölkələrində, Ukraynanın Zakarpatye vilayətində, Qafqazda, geniş yayılıb. Azərbaycanda yabanı şəraitdə yalnız Böyük Qafqaz dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonasında becərilir. Şabalıd aprel-may aylarında yarpaqlayır, iyun-iyul aylarında çiçəkləyir. Meyvəsi oktyabr-noyabr aylarında yetişir. Hər tikanlı qərzəyin içində iki və üç ədəd şabalıd olur. Meyvələr adətən yarpaq və ya oval şəklində olur. Üst qabığı tünd və ya açıq darçını, qəhvəyi rəngdədir. Qabığın altında nazik, yumşaq örtük, onun da altında ağ, şirin, iki hissəli ləpə yerləşir. Tərkibində 60 faizə qədər nişasta, 15 faiz şəkər, 6 faiz zülal, 2 faizə qədər yağ olur. Meyvələri çiy halda yeyilir, qovurduqda dadı və ətri yaxşılaşır. Azərbaycan kulinariyasında geniş istifadə olunur. Şabalıd ağacının yarpaqlarında qlükozidlər, pektin və aşılayıcı maddələr və K vitamini mövcuddur. Xalq təbabətində onlardan çay dəmləyib daxili qanaxmalara qarşı istifadə edirlər.