Uşaq yaradıcılığı

Aida Vəliyeva: “Həkim və artist olmaq istəyirəm”

Bizim bugünkü qonağımız çox istedadlı qızdır. Aida Vəliyeva 2010-cu il, fevralın 12-də Bakıda anadan olub.  Üç yaşında Aida “Cücələrim” rəqs qrupuna gedib. Rus mədəniyyət mərkəzində rəsm və əl işləri dərnəyində çalışıb. Eyni zamanda rus dili dərslərinə gedib. 
 
Aidanın rəqsə, rəsmə böyük marağı var. Hazırda Almaniyada yaşayan balaca gəhrəmanımız qısa vaxtda alman dilini öyrənib, bu dildə danışmağa başlayıb. İndi Azərbaycan, rus və alman dillərində danışa bilir.
 
Aida uşaq bağcasına gedir, bağcanın idman klubunun üzvudur. Sonneberg şəhərində bağçalararası yarışlarda iştirak edib. Bu qız atları çox sevir, yaxın gələcəkdə atçılıq məktəbinə getməyə hazırlaşır.
 
Aidaya sual verəndə ki, böyüyəndə hansı peşəni seçəcəksən, deyir ki, həm həkim, həm də artist olmaq istəyirəm. Həkim olmaq istəyirəm ki, uşaqları xəstələnməyə qoymayım, amma xəstələnsələr, onları iynəsiz sağaldım. Artist olmaq istəyirəm ki, uşaqlara konsert verim, onları sevindirim.
 
Aidanın bir arzusu var: bütün uşaqlar atalı-analı böyüsünlər, xoşbəxt olsunlar və çoxlu oyuncaqları olsun.