Ç

Çin Xalq Respublikası

 中華人民共和國
 
Zhonghua Renmin Gongheguo
 
Coğrafi mövqeyi – Mərkəzi və şərqi Asiyada yerləşir. 
 
Sahəsi – 9,6 milyon kvadratkilometrdir. Ərazisinə görə dünyada 3-ci yeri tutur.
 
Əhalisi – 1,347 milyard nəfərdir (2011). Əhalisinin sayına görə dünyada 1-ci yerdədir.
 
Paytaxtı – Pekin şəhəridir.
 
Rəsmi dili – Çin dilidir.
 
Ərazi bölgüsü – 23 əyalətə, 5 muxtar rayona və mərkəzə tabe 4 şəhərə bölünür.
 
Sərhədləri – Şimal-şərqdə Koreya Xalq Demokratik Respublikası, şimalda və şimal-qərbdə Rusiya Federasiyası və Qazaxıstan Respublikası, şimalda Monqolustan, qərbdə Tacikistan, Qırğızıstan Respublikası və Əfqanıstan İslam Respublikası, cənub-qərbdə Hindistan Respublikası, Pakistan İslam Respublikası, Nepal Federativ Demokratik Respublikası və Butan Krallığı, cənubda isə Myanma İttifaq Respublikası, Laos Xalq Demokratik Respublikası və Vyetnam Sosialist Respublikası ilə həmsərhəddir. Şərqdə Sakit Okeanın qərb dənizləri ilə hüdudlanır.
 
Pul vahidi – 1 Yuan = 10 tzyao = 100 fın.
 
Dövlət başçısı – Çin Xalq Respublikasının Sədridir.
 
Dövlət quruluşu – Sosialist (Kommunist) respublikasıdır.