Təbiət

"Qanayan şeytan dişi" göbələyi

Təbiətin nadir möcüzələrindən biri də "Hidnellum Pek" - "Qanayan şeytan dişi" göbələyidir. Bu göbələk öz qana bənzər ifrazı ilə məşhurdur. "Hydnellum" latıncadan "qanlı diş" kimi tərcümə olunur. Qanayan göbələyin elmi adı "Tooth Funqus Bleedinq"dir.


"Qanayan şeytan dişi" göbələyi qırmızı maye doldurulmuş kisələri xatırladır. Bəzən el arasında göbələyi "çiyələk və xama", "qırmızı şirəli diş" və "şeytan dişi" də adlandırırlar. 


Xüsusi qoxusu yoxdu, xoş olmayan acı dadı var, şlyapasının diametri təxminən 6,5 santimetrdir.


Göbələyi ilk dəfə 1913-ci ildə alim-mikoloq Ceyms Banker aşkar edib. "Hydnellum" adı isə mikoloq Çarlz Horton Pekin şərəfinə adlandırılıb. Bu göbələk yeyilmir,  damcı şəklində qırmızı maye ifraz edir. 


Təbiətin bu möcüzəsi ilk baxışda elə görünə bilər ki, onun üzərinə həqiqətən qan çilənib. Amma diqqətlə baxanda görərik ki, bu, göbələyin özünün ifraz etdiyi qana oxşayan mayedir. Bu göbələklər iyul-oktyabr aylarında daha çox Şimali Amerikada mamır basmış rütubətli ərazilərdə bitir. Bundan başqa, Şimali Amerikada, İran, Koreya və Avropanın bəzi hissələrində - Şotlandiya, Almaniya və İtaliyada rast gəlinir.  


"Qanayan şeytan dişi" göbələyi Rusiyada ilk dəfə 2012-ci ildə Buryatiyada tapılıb. 


Bəzi məlumatlara görə yer üzündə 1,5 milyon göbələk növü mövcuddur.