V

Venera

Venus 
 
Venera (Zöhrə) - Günəş sisteminin 2-ci planetidir və Günəşdən 108 milyon kilometr aralıda yerləşir. Yerdən isə məsafəsi 40 – 259 milyon kilometrə qədər dəyişir. Ölçülərinə, ağırlıq qüvvəsinə və tərkibinə görə Yer kürəsinə çox oxşadığına görə onu bəzən Yerin bacısı da adlandırırlar. 
 
Veneranın atmosferi Yerə nisbətən daha sıxdır və karbon qazından ibarətdir (97 faiz) və qalın kükürd turşusu buludları ilə örtülüb. Veneranın səthində atmosfer təzyiqi Yerə nisbətən 92 dəfə çoxdur. Bu planet öz oxu ətrafında bütün digər planetlərdən fərqli olaraq (Uran istisna olmaqla) qərbdən şərqə yox, şərqdən qərbə doğru fırlanır. Günəş ətrafında tam dövr etməsi 224,7 Yer sutkası müddətində baş verir və orta orbital sürəti saniyədə 35 kilometr təşkil edir.
 
Öz oxu ətrafında isə 243,02 Yer sutkası zamanında dövr edir. Bu hərəkətlərin kombinasiyası nəticəsində Venera planetində sutkanın uzunluğu 116,8 Yer sutkasına bərabər olur. Veneranın səthində göy cismləri ilə toqquşma zamanı əmələ gələn kraterlərin azlığı onun çox cavan planet olması mülahizələrini doğruldur. Belə hesab edirlər ki Venera 500 milyon il bundan əvvəl yaranıb.
 
Hazırda Venerada su yoxdur və hərarət qurğuşunu əridəcək qədər yüksəkdir.