A

Avstraliya materiki

Coğrafi mövqeyi – Cənub yarımkürəsində yerləşir. Şərqdən Sakit okean, qərbdən və cənubdan isə Hind okeanı ilə əhatələnir.
 
Relyefi - Ərazisi şimaldan cənuba 3180 кilometr, qərbdən şərqə isə 4000 kilometr uzanır. Sahil xəttinin uzunluğu 36 700 kilometrdir. Ən yüksək nöqtəsi materikin şərq hissəsində yerləşən Kostyuşko dağıdır. Onun dəniz səviyyəsindən hündürlüyü 2200 metrdir. Murrey çayı materikin ən uzun çayıdır və uzunluğu 2375 kilometrə çatır, Eyr isə ən iri göl olub sahəsi 9500 kvadratkilometrdir.
 
Ərazisi - Avstraliya ən balaca materikdir. Ərazisi Tasmaniya adası ilə birlikdə 7682,3 min kvadratkilometrdir.
 
Əhalisi - 23,2 milyon nəfər (2013). Təxmin edilir ki, insanlar materikə 40-60 min il bundan əvvəl şimaldan gələrək məskunlaşıblar. Avropalılar isə onu 17-ci əsrin əvvəllərində kəşf ediblər. 1770-ci ildə İngiltərə Avstraliya materikini öz kaloniyası elan edir və 1788-ci ildə burada ilk dəfə məskən salır.
 
Yerli əhali uzun illər kolonialistlər tərəfindən sıxışdırılaraq xüsusi rayonlarda – rezervasiyalarda yaşamağa məcbur edilir. Bunun nəticəsində aborogenlərin sayı getdikcə azalaraq hazırda Avstraliya əhalisinin cəmi 2 faizini təşkil edir (375 min nəfər).
 
İqlimi – Avstraliyanın iqlimi regionlarına gorə dəyişir. Şimalda tropik, cənubda mülayimdir. Ən isti aylar noyabrdan fevrala qədərdir (+20, +32°C). Mərkəzi rayonlarda hərarət bəzən +38, +42 dərəcəyə çatır. Soyuq aylar isə iyundan sentyabra qədər davam edir. Bu müddətdə temperatur +15, +18°C-dən yuxarı qalxmır, bəzi hallarda 0°C dərəcəyə qədər düşür.