Ç

Çili Respublikası

 

Coğrafi mövqeyi – Cənubi Amerikanın cənub-qərbində, Sakit Okeanın sahilində yerləşir.
 
Sahəsi – 756,6 min kvadratkilometrdir.
 
Əhalisi – 17,5 milyon nəfərdir (2013).
 
Paytaxtı – Santyaqo şəhəridir.
 
Rəsmi dili – İspan dilidir.
 
Ərazi bölgüsü – 15 vilayətə (region), o cümlədən Santyaqo paytaxt vilayətinə bölünür.
 
Sərhədləri – Şimal-şərqdə Çoxmillətli Boliviya Dövləti, şimalda Peru və şərqdə Argentina respublikaları ilə həmsərhəddir. Qərbdə Sakit Okean ilə hüdudlanır.
 
Pul vahidi – 1 Çili pesosu = 100 sentavo.
 
Dövlət başçısı – Çili Respublikasının Prezidentidir.
 
Dövlət quruluşu – Prezident respublikasıdır.