Ş

Şri-Lanka Demokratik Sosialist Respublikası

Sri Lanka Prajatantrika Samajavadi Janarajaya

 

 

Coğrafi mövqeyi – Cənubi Asiyada, Hind Okeanındakı Şri-Lanka (Seylon) adasında yerləşir.
 
Sahəsi – 65,6 min kvadratkilometrdir.
 
Əhalisi – 20,9 milyon nəfərdir (2011).
 
Paytaxtı – Kolombo şəhəridir.
 
Rəsmi dili – Sinqal, tamil və ingilis dilləridir.
 
Ərazi bölgüsü – 9 əyalətə (provinces) və 25 dairəyə (districts) bölünür.
 
Sərhədləri – Şimal-qərbdə Hindistan Respublikasından Polk boğazı ilə ayrılır. Qərbdə Manar, şimal-şərqdə Benqal körfəzləri, cənubda Hind Okeanı ilə hüdudlanır.
 
Pul vahidi – 1 Şri-Lanka rupisi = 100 sent.
 
Dövlət başçısı – Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidentidir.
 
Dövlət quruluşu – Parlament-prezident respublikasıdır.