Azərbaycan | Odlar Yurdu | Gövhərağa məscidi

Azərbaycanımızın dilbər guşəsi olan Şuşada yerləşən Gövhərağa  məscidi özünün möhtəşəmliyi  ilə seçilir. O 1883- cü  ildə görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağı tərəfindən tikilmişdir. Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış bu dini memarlıq abidəsi  Şuşanın  Cümə məscidi hesab olunur. 
 
Məscidin kvadrat formalı olan ibadət salonuna şimal tərəfdən üçtağlı eyvan birləşdirilməklə Cümə məscidinə düzbucaqlı forması verilib.
 
Əsas fasadın kompozisiyasını tərəflərdən iki minarə və yüksələn dərin eyvan təşkil edir. 
 
Məscid daşdan, minarələr kərpicdən inşa olunmuşdur.
 
Minarələrin silindrik gövdəsi üfüqi kəmərlərlə bölünüb və hər biri də rəngarəng kərpic düzümü ilə bəzədilib.