Atalar sözləri

Yanıltmaclar

Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.
***
Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, 
ay axsaq aşpaz Həsən şah!
***
Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.
***
Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min.....
***
Aşpaz Abbas bozbaş asar o başda, bu başda.
***
Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, küncüt ucuz.
***
Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.
***
Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.
***
Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.
***
Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam.
***
Yorğana yoğrul yorğun.
***
Küp qulpu, xub küp qulpu.
***
Getdim, gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi var. Dişi kar, kor kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.
***
Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var. 

Dedim: 

- Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü? 

Dedi: 

- Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.
***
Mollanı əmmamələməlimi, əmmamələməməlimi?
***
İpi sarı sapla, sapsarı sapla, dümsarı sapla