Təbiət

Sümüyü yaşıl Sarqan balığı

Sarqan balığı (Belone belone), Belonidae ailəsinə aid uzun və incə gövdəli bir dəniz balığıdır. 60-70 sm, hətta bəzən 1 m uzunluğa çatır, maksimum çəkisi 1,3 kq-dır. Təxminən 18 il yaşayır. Kiçik balıqlarla qidalanır. Cəld üzən bir balıqdır. Özünü qorumaq məqsədilə su üzünə sıçrayaraq da ilərləyə bilir. 


Ləzzətli əti ticari baxımdan qiymətlidir. İlıq və isti sularda sürü şəklində yaşayır.


Dişi balıqlar 5-6 yaşda cinsi yetkinliyə, erkəklər isə 4 yaşında çatır. Dişi sarqan yaz fəslindən başlayaraq payıza kimi kürü şəklində 30-50000 yumurta tökə bilir.


Sarqanları unikal edən bir başqa xüsusiyyəti də var. Əslində onların sümükləri ağ deyil, yaşıl rəngdədir. Bu xüsusiyyət, balığın qanında xüsusi piqment “biliverdin”in çox miqdarda olmasından irəli gəlir. Həmin piqment sayəsində sarqan balığının sümükləri və daxili orqanları yaşıl rəngə boyanır. 


Uzun və nazik, güclü uzanmış çənəsinə görə balığa hətta – “ox balıq” belə deyilir.


Mövsümi miqrasiyalar sarqanlar üçün tipikdir: yay mövsümündə kürü qoyma zamanı gəldikdə onlar sahilə yaxınlaşır, qış mövsümündə isə açıq dənizə geri qayıdırlar.


Yayılma arealı - Qara, Azov və Marmara dənizləridir.


Sarqan balığı ən çox balıqçı toruna qış və payız aylarında düşür. Əti çox dadlı və xeyirlidir. Əti qurudulur, bişirilir, qovurulur və qızardılır.