Təbiət

Quşlar nə üçün köç edir

İsti havaları soyuq havalar əvəz etdikdə və günlər qısalmağa başladığı anlarda quşlar başqa yerlərə uçub gedirlər. Həmin quşlar qaz və yabanı ördək kimi köç edən quşlardır. 


Köç edən quşlar ən yaxşı yaşam qaydalarını və qida mənbələrini tapmaq üçün tez-tez yer dəyişdirirlər. Onlar son bahar yaxınlaşdığı zaman həm daha asan qida əldə etmək, həm də soyuq havalarda yaşamlarını davam etdirmək üçün köç edərlər. Son bahar ayları gəldiyi zaman quşlar daha isti bölgələrə uçub getmək məcburiyyətində qalarlar. Onların bu yolçuluğu toplu şəkildə reallaşar. Köç olduqca uzun sürdüyü və yorucu olduğu üçün quşlar köç mövsümü zamanı vücudlarında yağ yetişdirirlər. Beləcə uzun müddət kilometrlərlə yolu uçarkən həmin yağdan istifadə edərlər. Onlar köç edərkən adətən “V” hərfi şəklində bir forma yaradaraq uçurlar. Əvvəldə rəhbər quşlar uçar, digər quşlar “V” hərfini yaradacaq şəkildə sıralanırlar. Quşlar bu şəkildə uçaraq güclü havanın təsirindən qorunur və özləri üçün daha asan yolu yaratmış olurlar. Quşlar qış gəldikdən sonra köç etdikləri kimi havaların isinməsi zamanı tərk etdikləri bölgəyə yenidən geri dönərlər.