Xəbərlər

Opera və Balet Teatrında “Buzlar diyarı” tamaşası göstəriləcək

Bakı, 23 avqust, AZƏRTAC
 
Oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Buzlar diyarı” tamaşası göstəriləcək. Azərbaycan, Rusiya və Gürcüstanın incəsənət xadimlərinin birgə layihəsi olan tamaşa H.K.Andersenin nağıllarının motivləri əsasında hazırlanıb. Rusiyalı dramaturqun ssenarisi və gürcü rejissorunun quruluşunda təqdim ediləcək tamaşa Azərbaycan və rus dillərində nümayiş olunacaq. Tamaşanın nümayişində ən son teatr texnologiyalarından və audiovizual vasitələrdən istifadə ediləcək. Tamaşa interaktiv oyun formasında olacaq. Beləliklə, uşaqları nağıl qəhrəmanları Anna, Elza, Olaf və Kristoferlə maraqlı görüş gözləyir. Biletləri şəhərin teatr-konsert kassalarından və ASAN Xidmət mərkəzlərindən almaq mümkündür.