Xəbərlər

Dövlət Pantomima uşaqlar üçün tamaşa göstərəcək

Bakı, 1 oktyabr, AZƏRTAC 
 
Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, oktyabr ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın oktyabr ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik: 
 
16, 23, 30 oktyabr – Bəxtiyar Xanızadə. “Fəlakət və insan” (uşaq tamaşası). 
 
“Fəlakət və insan” tamaşasında zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu aktyorların ifasında nümayiş etdiriləcək. “Balaca şahzadə” tamaşası uşaqlarda dostluq münasibətlərinin qorunması fikirlərini aşılayır.   Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar. Teatrın universal dili olaraq qəbul edilən pantomima, yəni hərəkətin dili ilə istənilən duyğu və ya mövzunu izah etmək olar. Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. Sonradan bu teatr-studiya Dövlət Pantomima Teatrına çevrilib. Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir. Tamaşa saat 14:00-də başlayır.