D

Depardye Jerar

Jerar Depardye
 
Gérard Depardieu
 
Fransız aktyoru, “Qızıl qlobus” mükafatı laureatı
1948-ci il dekabrın 27-də Endr departamentinin Şatrou şəhərində anadan olub. 1965-ci ildə Paris şəhərinə köçüb. 1966-cı ildə məşhur teatr müəllimlərindən olan Jan Loran Koşenin aktyorluq kursuna daxil olub.
 
Karyerası ərzində 1967-ci ildən indiyədək 180-dən çox filmdə çəkilən Jerar Fransanın öndə gedən aktyorlarından birinə çevrilib. Bu filmlərin bir çoxu Fransa kinosunun inciləri sırasına daxil olub. 1991-ci ildə “Qızıl qlobus”, 1981 və 1991-ci illərdə isə “Sezar” mükafatına layiq görülüb. Fransızlar onu ölkənin ən böyük dəyərləri sırasına daxil edərək “Bizim ümummilli Depardyemiz” adlandırırlar.
 
Depardye aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, çoxsaylı şərab təsərrüfatlarının və Parisdə iki restoranının sahibidir.