İ

İmanov Lütfiyar Müslüm oğlu

İmanov Lütfiyar Müslüm oğlu
 
Azərbaycan opera müğənnisi, SSRİ Xalq Artisti
 
1929-cu il aprelin 17-də Petropavlovka kəndində (indiki Sabirabad) anadan olub.
1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında ilk rolunu oynayıb.
1948-ci ildə Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləyib.
1957-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirib.
1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.
1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında baş rolu – Koroğlu rolunu ifa edib.
1968-ci ildə İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib, Moskvadakı “Bolşoy teatr”da, 1975-ci ildə isə İtaliyanın Milan şəhərindəki, La-Skala teatrında təcrübə keçib.
1980-1990-cı illərdə iki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verib.
 
Otuzdan çox operada, o cümlədən "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və başqa klassik opera əsərlərində baş rolların ifaçısı olub.
 
2008-ci il yanvarın 21-də Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub.