Baron Münhauzenin Sərgüzəştləri

ISBN: 9789952264098

Nəşriyyat: Ali and Nino və Qanun

Cild: yumşaq

 

"Baron Münhauzenin sərgüzəştləri" əyləncəli-yumoristik əsəridir. Əsərin qəhrəmanı Baron Münhauzen real personajdır. O, XVIII əsrdə yaşamış, rus ordusu sıralarında Türkiyə ilə iki dəfə müharibədə iştirak etmişdir. Almaniyaya qayıtdıqdan sonra Münhauzen ağlagəlməz sərgüzəştlər uyduran məzəli bir gopçu kimi tanınıb. Axşamlar buxarı başında dostlarını ətrafına toplayıb onlara məzəli-duzlu söhbətlər edir, onlar da gəncliyində Baronun başına gələn macəraları dinləyib gülüşürlərmiş…