E

Estoniya respublikası

Estoniya respublikası
 
Eesti Vabariik
 

 

Çoğrafi mövqeyi – Şimali Avropada, Baltik dənizinin şimal-şərq hissəsində yerləşən dövlət.
 
Sahəsi – 45,1 min kvadratkilometrdir.
 
Əhalisi – 1,340 milyon nəfərdir (2011).
 
Paytaxtı – Tallin şəhəridir.
 
Rəsmi dili – Eston dilidir.
 
Ərazi bölgüsü – 15 uyezdə, (maakond), 226 bələdiyyəyə (33 şəhər, 193 kənd) bölünür.
 
Sərhədləri – Şərqdə Rusiya Federasiyası və cənubda Latviya respublikası ilə həmsərhəddir. Şimaldan və şərqdən Baltik dənizi ilə hüdudlanır. Fin körfəzində Finlandiya ilə dəniz sərhədlərinə malikdir.
 
Pul vahidi – 1 Avro = 100 avrosent (2011-ci ildən).
 
Dövlət başçısı – Estoniya Respublikasının Prezidenti.
 
Dövlət quruluşu – Parlament respublikası.
 
Estoniya 2004-cü ildən Avropa İttifaqının və NATO-nun üzvüdür. 2011-ci ildən Avrozonaya daxil olub.