İ

İslam

İslam
 
Monoteist din
Ərəb dilindən tərcümədə “xilasolma” mənasını verir. Şəriətdə mənası mütləq təkAllahlılıq, Onun əmr və qadağalarına sözsüz əməletmə deməkdir. Bu dinə mənsub olan insanlar müsəlman adlanır. Müqəddəs kitabı Quran, ibadət məkanı məscid, ibadət dili ərəb dilidir. VII əsrdə (610-cu il) Məhəmməd (s.a.s.) peyğəmbərə Allah (s.v.t.) tərəfindən mələk Cəbrayıl vasitəsi ilə göndərilən vəhylər əsasında tam olaraq formalaşıb. Yer kürəsi əhalisinin təqribən 25 faizi bu dinə mənsubdur. Məhəmməd (s.a.s.) peyğəmbər dində sonuncu peyğəmbər, İslam dini isə təhrifə məruz qalmayan yeganə dindir.
 
İmanın altı şərti var.
1.Allaha (s.v.t.) iman
2.Mələklərə iman
3.Kitablara iman
4.Peyğəmbərlərə iman
5.Axirətə iman
6.Qəza və Qədərin Allahdan (s.v.t.) olmasına iman
 
İslamın rüknlərin:
1.Müsəlman olan şəxsin Allahın (s.v.t.) varlığına, birliyinə, Həzrəti Məhəmmədin (s.a.s) Allahıq qulu və peyğəmbəri olduğuna qəlbi ilə inanması və dili ilə də: "Əşhədu ən la ilahə illəllah və əşhədü ənnə Muhəmmədən Rəsulullah" - deyə söyləməsi;
2.Dinin dirəyi olan, gündə beş vaxt namazı qılması;
3.Dində zəngin sayılanların ildə bir dəfə malının zəkatını verməsi;
4.Ramazan ayında oruc tutması;
5.İmkanı daxilində ömründə bir dəfə də olsa həcc ibadətini etməsi.
 
İslam insanlar arasında ən sürətli yayılan dindir. 1950-2000-ci illər arasında Qərbi Avropada müsəlmanların sayının 3 dəfə artaraq ümumi əhalinin 6 faizinə, 20 milyona çatdığı deyilir. Amerikada isə bu artımın 14 dəfədən çox olduğu bildirilir. Bu artım əsasən emiqrantların hesabına olsa da, İslamın populyarlığı ənənəvi xristianlar arasında da artmaqdadır. Fransanın statistika orqanlarının hesablamalarına görə, hər il Avropada 50 mindən çox, Amerika müsəlmanları alyansının məlumatına görə isə ABŞ-da 135 min xristian əhali İslamı qəbul edir.