E

Erebus

Erebus Antarktidada vulkandır.
 
O, bu günə qədər ən cənubda yerləşən aktiv vulkan sayılır.
 
Qərbi Antarktidanın Rossa yarımadasında yerləşən Erebus 1841-ci ildə İngiltərə ekspedisiyası tərəfindən kəşf olunub. Hündürlüyü 3794 metrdir. Vulkanın kraterinin diametri 805 metrə, dərinliyi isə 274 metrə çatır. Erebus dünyada mövcud olan ən böyük daimi lava göllərindən birinə malikdir.
 
Erebus – planetimizin ən aktiv vulkanı sayılır. Alimlər burada mütəmadi olaraq zəif vulkanik aktivlik müşahidə edirlər.
 
Sonuncu dəfə irimiqyaslı püskürmə 2011-ci ildə qeydə alınıb.
 
Erebus vulkanı əvvəlki kimi intensiv geoloji tədqiqat obyekti olaraq qalır.