Y

“Yeni Afon” mağarası

“Yeni Afon” mağarası Gürcüstanın Abxaziya bölgəsinin ən iri mağaralarından biridir.
 
O, İver dağının yamacında yerləşir. Mağara 1961-ci ildə kəşf olunub və 1975-ci ildən etibarən turistlərin ziyarəti üçün açıq elan edilib.
 
Mağara 11 zaldan ibarətdir. Ən böyük zal – “Maxacirov”un uzunluğu 260 metrə, hündürlüyü 50 metrə, eni isə 75 metrə çatır.
 
Burada müxtəlif onurğasızlar (qurdlar, molyusklar), hörümçəyəbənzərlər və həşəratlar yaşayır.
 
“Yeni Afon” mağarasında çox sayda heyrətamiz yerlər – mağara gölləri, donmuş şəlalə, kahalar, palma ağacını, gülləri və müxtəlif fiqurları xatırladan müxtəlif daş və çöküntü törəmələri, stalaktitlər və stalaqmitlər var.
 
“Yeni Afon” mağarası nəinki Abxaziyanın, həmçinin Qafqazın ən böyük mağaralarından biridir.