P

Presli Elvis Aron (Elvis Presli)

Elvis Aron Presli
 
Elvis Aaron Presley
 
Amerikalı müğənni və aktyor.
 
1935-ci il yanvarın 8-də Missisipi ştatının Tupelo şəhərində anadan olub.
 
11 yaşında gitarada çalmağa və musiqi bəstələməyə başlayıb, həmçinin kilsə xorunda  oxuyub.
 
1953-cü ildə “San” adlı kiçik səsyazma studiyasında anasının ad gününə həsr etdiyi ilk mahnısını yazdırıb. 50-ci illərin sonlarında Elvis Preslinin mahnıları Amerikanın musiqi hit-paradlarında ilk yerlərdə qərarlaşıb.
 
Onun ifa etdiyi mahnılar indiyə qədər də yenilənməyən dünya rekorduna imza atıb. Elvis Preslinin 149 mahnısı məşhur “Billboard” musiqi hit-paradının “Top-100” reytinqlərinə daxil olub.
 
Müğənninin 1973-cü ildə Qonoluludakı çıxışı dünyada peyk vasitəsi ilə 40 ölkəyə translyasiya olunan ilk konsert olub. Elvis Hollivudda ümumilikdə 33 filmə çəkilib.
 
Özünün “Graceland” malikanəsində dəfn olunub.
 
Bütün dünyada Elvis Preslinin milyarddan artıq vinil və kompakt diski satılıb.
 
Amerikada Preslini “rock and roll”un kralı” adlandırırlar.
 
Musiqiçi ümumilikdə 14 dəfə “Grammy” musiqi mükafatının laureatı olub. O, indiyə qədər də musiqi tarixinin ən çox “satılan” solo artistidir.