S

Simfoniya

Simfoniya (qədim yunan dilində συμφωνία – “nizamlı səslənmə”) – orkestr üçün musiqi əsəri.
 
Adətən simfoniyalar qarışıq tərkibli böyük (simfonik) orkestr üçün yazılır, lakin simli, kamera, nəfəsli və başqa orkestrlər üçün simfoniyalar da mövcuddur.
 
Klassik simfoniya əsasən təkrarlanan sonata formasında yazılır və 4 hissədən ibarət olur.
 
Akademik musiqidə simfoniya, ədəbiyyatda dram və ya romanın tutduğu yeri tutur. 
 
Bu janrda 104 bəstənin müəllifi Yozef Qaydn simfoniyanın “atası” adlandırılır. Onun yaradıcılığında klassik simfoniyanın formalaşması başa çatıb, bu sahənin strukturunun əsas cizgiləri – ümumi ideyaları birləşdirən hissələrin daxili ahənglik ardıcıllığı təyin olunub.
 
Motsartın sonuncu üç simfoniyası (№ 39, № 40 və № 41) XVIII əsr simfonizminin yüksək nailiyyəti hesab olunur.
 
Ən məşhur simfoniyalar: Bethovenin 9-cu simfoniyası, Motsartın 40-cı simfoniyası, Çaykovskinin 8-ci simfoniyası və Şostakoviçin 7-ci (“Leninqrad”) simfoniyasıdır.