Bu maraqlıdır!

Nə üçün süd daşır?

Məsələ südün tərkibindədir. Onun tərkibində sudan başqa yağlar, laktoza (süd şəkəri), vitaminlər, habelə müxtəlif zülallar, məsələn, albumin var. Bişirilmə zamanı zülal qatılaşır və yuxarı qalxaraq südün üzərində nazik təbəqə əmələ gətirir. Üzəri sıx zülal təbəqə ilə örtülən maye qaynayarkən bayıra çıxmaq üçün yol axtarır və bu yolu tapmayanda südün üzündəki köpük təbəqəsini “dağıdaraq” pilətəyə tökülür. Buna yol verməmək üçün südü bişirən zaman onu qarışdırmaq lazımdır. 
 
Əgər başın qarışsa,
Südün aşıb-daşacaq,
Pəncərəyə hoppanıb 
Bir anda yox olacaq.
Tapılmaz ona çatan
Nə evdə, nə eşikdə.
Gözlərini döyəcək  
Ən diribaş pişik də!
 
(Yaşar Quluzadə)