İ

İsayev Tahir

Tahir İsayev
 
Serafino” adı ilə tanınır.
 
II Dünya müharibəsinin iştirakçısı, İtaliya Müqavimət hərəkatının üzvü və İtaliyanın Milli Qəhrəmanı olmuşdur..
 
1922-ci ildə Azərbaycan Respublikasının Qazax rayonunun Şıxlı kəndində anadan olub.
 
1942-ci ildə Mozdok uğrunda gedən döyüşlərdə əsir düşüb. Avstriyada saxlanıldığı əsir düşərgəsindən qaçaraq partizan dəstəsinə qoşulub. “Serafino” adı ilə bütün müharibəni keçib. Beynəlmiləl “Fiamo Verdi” briqadasında döyüşüb.
 
İtaliyanın ali mükafatlarına, “Haribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” medallarına layiq görülüb.
 
Ümumilikdə 36 orden və medalın, o cümlədən 12 hökumət mükafatının sahibidir. 1945-ci ildən Milan şəhərinin fəxri vətəndaşı olub.
 
1974-cü ildə Tahir İsayev haqda “Onun adı Serafino idi” adlı sənədli film çəkilib. Məşhur kəşfiyyatçı-partizanın doğma Şıxlı kəndində ev-muzeyi fəaliyyət göstərir.
 
2001-ci ildə dünyasını dəyişib.